39 yaşlı müdafiəçi ilə “Milan” arasında prinsipial razılıq əldə olundu

31 Dekabr 2025 00:00 İtaliya 894
39 yaşlı müdafiəçi ilə “Milan” arasında prinsipial razılıq əldə olundu

Serxio Ramosun karyerasını İtaliya A Seriyasında davam etdirəcəyi gözlənilir.

Sportinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, 39 yaşlı futbolçu ilə “Milan” arasında prinsipial razılıq əldə olunub. Hazırda azad agent statusu daşıyan Ramos “rossoneri”yə pulsuz transfer olunacaq.

Tərəflər arasında müqavilənin müddəti və illik maaşın detalları ilə bağlı son danışıqlar aparılır.

İspan müdafiəçinin son klubu bu ilin fevral ayından bəri çıxış etdiyi Meksikanın “Monterrey” komandası olub.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!