“Napoli”nin məşhur siması "Qarabağ"la mata çıxmayacaq

27 Oktyabr 22:40 İtaliya 101
“Napoli”nin məşhur siması "Qarabağ"la mata çıxmayacaq

“Napoli”nin ulduzu Kevin De Brüyne zədələnib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb.

De Büyne artıq reabilitasiya proqramına başlayıb.

İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib. Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir.

A seriyasının son turunda "İnter"lə görüşün 33-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan De Brüyne elə həmin an zədələnib.

Qeyd edək ki, 34 yaşlı futbolçu bu mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Napoli" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən biridir. Komandalar arasında oyun noyabrın 26-da Neapolda keçiriləcək.

Bu isə o deməkdir ki, De Brüyne Ağdam klubu ilə görüşdə komandasına kömək edə bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR