Rəhbərlik baş məşqçini vəzifəsindən azad etdi - "Yuventus”da

18:20 İtaliya 179
Rəhbərlik baş məşqçini vəzifəsindən azad etdi -

“Yuventus” rəhbərliyi baş məşqçi İqor Tudoru vəzifəsindən azad edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Turin klubunun rəhbərliyi Tudoru qovulması barədə bu gün səhər məlumatlandırıb.

“Yuventus”un gənclər komandasının çalışdırıcısı Massimo Brambilla yaxın gələcəkdə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

“Yuventus” son vaxtlar uğursuz seriya ilə diqqət çəkir. Komanda ardıcıl 4 oyundur qol vura bilmir və son 8 matçda qələbə üzünə həsrət qalıb.

Turinlilər hazırda A Seriyasının turnir cədvəlində 12 xalla 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti