Növbəti problem - Daha bir aparıcı futbolçu sıradan çıxdı

08:40 İtaliya 117
Növbəti problem - Daha bir aparıcı futbolçu sıradan çıxdı

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne A Seriyasının 8-ci turunda "İnter"ə(3:1) keçirilmiş matçda sıradan çıxıb.

Sportinfo.az “Tuttosport”a istinadən xəbər verir ki, belçikalı penalti zərbəsini yerinə yetirərkən zədələnib.

Onun bud nahiyyəsində problem yaranıb.

Bir neçə dəqiqə sonra De Bruynenin yerinə Matias Olivera meydana daxil olub.

Beləliklə, De Bruyne artıq Rasmus Höylünd, Stanislav Lobotka, Aleks Meret, Amir Rahmani və Romelu Lukakunun da daxil olduğu "Napoli"nin zədəli oyunçular siyahısına qoşulub.

Neapol təmsilçisi Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biridir.

“Napoli” - “Qarabağ” matçı 6-cı tur çərçivəsində, noyabrın 25-də İtaliyada baş tutacaq. Oyuna Bakı vaxtı ilə 21:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu