58 milyon avro təklif etməyə hazırdır - 21 yaşlı yarımmüdafiəçi üçün

27 Oktyabr 2025 01:40 İtaliya 691
58 milyon avro təklif etməyə hazırdır - 21 yaşlı yarımmüdafiəçi üçün

“İnter” "Komo”da çıxış edən Niko Pası heyətinə cəlb etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Tyc Sports” yayıb.

Bildirilib ki, Milan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 58 milyon avro təklif etməyə hazırdır. Klub artıq argentinalı oyunçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Niko Pasın hüquqlarının 50 faizi “Real”a məxsusdur. Madrid təmsilçisinin futbolçunu geri almaq hüququ da var.

Yarımmüdafiəçinin “Komo” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti