Qol vurduqdan sonra zədələndi - “Qarabağ”la matçda forma geyinməyəcək?

18:10 İtaliya 185
Qol vurduqdan sonra zədələndi - “Qarabağ”la matçda forma geyinməyəcək?

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İNapoli” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisinin ulduz futbolçusu Kevin De Bruyne sıradan çıxıb.

Belçikalı yarımmüdafiəçi A Seriyasının 8-ci turunda evdə “İnter”i 3:1 hesabı ilə məğlub etdikləri matçda zədələnib. O, 33-cü dəqiqədə qola çevirdiyi penalti zərbəsi zamanı baldır nahiyəsindən xəsarət alıb.

Bu qələbə ilə xallarını 18-ə çatdıran Antonio Kontenin rəhbərlik etdiyi komanda liderliyə yüksəlib.

“Napoli” “Qarabağ”ı noyabrın 26-da qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti