Daha çox oyun praktikası əldə edə biləcəyi klub axtarır - Ukraynalı hücumçu narazıdır

26 Oktyabr 2025 10:15 İtaliya 1 044
Daha çox oyun praktikası əldə edə biləcəyi klub axtarır - Ukraynalı hücumçu narazıdır

Ukraynalı hücumçu Artyom Dovbik yaxın transfer pəncərəsində “Roma”dan ayrılmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

28 yaşlı futbolçu komandadakı vəziyyətindən narazıdır və daha çox oyun praktikası əldə edə biləcəyi klub axtarır. Hazırda Dovbik bu məsələdə öz meneceri ilə birgə müxtəlif variantları dəyərləndirir.

Cari mövsümdə A Seriyasında 6 oyun keçirən hücumçu 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun “Roma” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 16:10 Çək və bizə göndər!