“Hələ rəqabət apara bilməzlər, rəhbərliyə sakit işləmək imkanı vermək lazımdır”

25 Oktyabr 22:00 İtaliya 90
“Hələ rəqabət apara bilməzlər, rəhbərliyə sakit işləmək imkanı vermək lazımdır”

İtaliya millisinin sabiq futbolçusu Fabritsio Ravanelli cari A Seriyası mövsümündə qızıl medallar uğrunda mübarizə barədə fikirlərini açıqlayıb.

Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, çempionluq yarışında favoritlərin “Milan”la “İnter”in olduğunu, “Yuventus”un isə bu mübarizədə hələ bir-iki il vaxta ehtiyac duyduğunu hesab edir:

“Milan” və “İnter” skudetto uğrunda sonadək mübarizə aparacaq. “Yuventus”a vaxt lazımdır, onlar hələ belə komandalarla rəqabət apara bilməzlər.

Rəhbərliyə sakit işləmək imkanı vermək lazımdır”.

“Milan” hazırda İtaliya çempionatında 17 xalla turnir cədvəlinin 1-ci, “İnter” isə 15 xalla 2-ci pilləsində qərarlaşıb. “Yuventus” 12 xalla yeddincidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı