Komanda yoldaşlarının hər birinə “iPhone” hədiyyə etdi

01:30 İtaliya 102
Komanda yoldaşlarının hər birinə “iPhone” hədiyyə etdi

“Milan”ın müdafiəçisi Aleks Ximenes komanda yoldaşları üçün Luka Modriçin etdiyi hədiyyədən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu hədiyyələrin Modriç tərəfindən bütün komanda üzvlərinə verildiyini bildirib:

“Paltardəyişmə otağına gələndə hər bir dolabda yeni “iPhone” gördük. Bu hədiyyələr Modriç tərəfindən bütün komanda üzvlərinə verilmişdi. Adətən bir mahnı oxuyub hədiyyə edirlər, amma Luka hər kəsə yeni telefon verdi”.

40 yaşlı yarımmüdafiəçi yayda azad agent kimi “Real”dan “Milan”a keçib və bir illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 18:10 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 03:20 "Sabah" "Gəncə"ni uddu