“Roma”, “Milan”, “İnter” kimi klublarda çıxış etmiş sabiq hücumçu Antonio Kassano İtaliya A Seriyasının hazırkı səviyyəsini kəskin tənqid edib.
Sportinfo.az “goal”-a istinadən xəbər verir ki, o, xüsusilə, UEFA Çempionlar Liqasının üçüncü turunda A Seriyası təmsilçilərinin zəif çıxışına diqqət çəkib:
“İtaliya çempionatı bu gün çox acınacaqlı vəziyyətdədir, heç bir emosional təsir yaratmır. A Seriyası azarkeşlərin sədaqəti sayəsində hələ də mövcuddur.
Amma futbolun keyfiyyəti çox aşağıdır. Bu, utancvericidir. Bəzi oyunlara baxmaq sadəcə bir əzabdır”.
Çempionlar Liqasının bu həftəki oyunlarında “İnter” “Union”u 4:0 hesabı ilə məğlub edib, “Napoli” PSV qarşısında 2:6 hesabı ilə darmadağın olub, “Yuventus” “Real”a uduzub (0:1), “Atalanta” isə “Slaviya” ilə qolsuz heç-heçə edib.

