“Mən başa düşürəm ki, o, yeni gəlib, amma bu gün heç kim heç kəsi gözləmir”

23 Oktyabr 21:40 İtaliya 214
“Mən başa düşürəm ki, o, yeni gəlib, amma bu gün heç kim heç kəsi gözləmir”

“Yuventus”un sabiq hücumçusu Tyerri Anri Turin klubunun cari mövsümdəki oyununu tənqid edib.

Komanda Çempionlar Liqasının 3-cü turunda səfərdə “Real”a 0:1 hesabı ilə uduzub və bu, İqor Tudorun rəhbərliyi altında yeddinci qələbəsiz matçdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı sabiq futbolçu, şəxsiyyət və futbol fəlsəfəsi olmadan mübarizə aparmağın çox çətin olduğunu bildirib:

“Şəxsiyyət və futbol fəlsəfəsi olmadan mübarizə aparmaq çox çətindir.

Mən başa düşürəm ki, Tudor yeni gəlib, amma bu gün heç kim heç kəsi gözləmir: klub hər şeydən önəmlidir. İrəliləmək lazımdır. “Yuventus”un bu şəkildə oynadığını görmək xoş deyil”.

Anrinin fikrincə, Turin klubu öz oyun tərzini və kimliyini bərpa etməlidir, əks halda, uğur qazana bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?