Türkiyə klubunun müdafiəçisi ilə maraqlanır - “Yuventus”

15 Oktyabr 2025 21:40 İtaliya 874
Türkiyə klubunun müdafiəçisi ilə maraqlanır - “Yuventus”

“Fənərbaxça”nın müdafiəçisi Milan Şkrinyar “Yuventus”un maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubunun rəhbərliyi slovakiyalını yanvar ayı üçün prioritet transfer hədəfi kimi müəyyənləşdirib.

Klub Qleyson Bremerin zədə problemlərinə görə müdafiənin mərkəzində gücləndiricilər axtarır.

Şkrinyar bu ilin iyulunda icarə əsasında PSJ-dən “Fənərbaxça”ya keçib. 30 yaşlı futbolçu Fransa klubundan əvvəl isə yeddi il yarım İtaliyada – “Sampdoriya” (2016-2017) və “İnter”də (2017-2023) çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 14:00 Sındırmaq belə olur!