
“Yuventus”un hücumçusu Duşan Vlahoviç qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır.
İtaliyalılar serb forvardı yayda azad agent kimi buraxmaq riski ilə üzləşməmək üçün müəyyən məbləğ qarşılığında satmaq istəyirlər.
“Çelsi” və “Mançester Yunayted” Vlahoviçin transferində maraqlıdır. Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Vlahoviç cari mövsümdə A Seriyasında 4 oyuna çıxıb və 2 qol vurub.
“Çelsi” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.