İngilislərin 32 milyon avroluq təklifini qəbul etmədi

1 Avqust 2025 02:20 İtaliya 620
İngilislərin 32 milyon avroluq təklifini qəbul etmədi

“İnter” müdafiəçisi Yann Bissekin satış imkanını dəyərləndirir.

İtaliya klubu almaniyalı futbolçunu 40 milyon avro civarında qiymətləndirir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqası klublarından “Kristal Pelas” Bissek üçün artıq 32 milyon avroluq təklif göndərib, ancaq “İnter” daha yüksək məbləğ gözlədiyi üçün bu təkliflə razılaşmayıb.

24 yaşlı futbolçu son mövsümdə İtaliya çempionatında 27 oyunda forma geyinib, 3 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun orta oyun müddəti 60 dəqiqə təşkil edib.

Bissekin gələcəyi yaxın günlərdə danışıqların gedişatından asılı olaraq müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti