Təklifi geri çevirdilər - İcarəyə vermirik, satırıq!

31 İyul 22:40 İtaliya 481
Təklifi geri çevirdilər - İcarəyə vermirik, satırıq!

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Luis çətin ki, “Nottingem Forest”ə keçsin.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu braziliyalı futbolçunu sonrakı satınalma seçimi ilə icarəyə almağa hazırdır.

Futbolçu dərhal satılacağını gözləsə də, “qoca sinyora” bundan imtina edib. “Nottingem Forest” də öz növbəsində birbaşa transferə razı deyil.

Luis 2024-cü ilin yayında “Aston Villa”dan 50 milyon avroya “Yuventus”a keçib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu