
“Milan”ın sabiq futbolçusu Kristian Vieri Premyer Liqada çıxış edəcək yarımmüdafiəçi Ticani Reyndersin və müdafiəçi Teo Hernandesin itkisinin İtaliya klubuna təsirindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun klubun baş məşqçisi Massimiliano Alleqrinin qarşıdakı mövsümlə bağlı planlarına mane ola biləcəyini söyləyib:
“Reynders Avropanın ən yaxşı yarımmüdafiəçilərindən biridir, Hernandes də öz mövqeyində ən yaxşılardan sayılır.
“Milan”ın onları əvəz etmək, daha zəif olmayacaq birini tapmaq üçün cəmi 45 günü var. Luka Modriçi götürüblər, amma o, veterandır”.
Vieri 2005-2006-cı illərdə “Milan”da çıxış edib.