
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Covanni Reyna karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Parma” amerikalı üçün təxminən 6 milyon avro və əlavə bonuslar təklif edib.
Lakin Almaniya klubu daha çox alacağını gözləyir. Reyna İtaliya klubu üçün prioritet transfer hədəfidir və klub ona üç illik müqavilə təklif edib.
22 yaşlı yarımmüdafiəçi son mövsümdə Bundesliqada bütün turnirlərdə 26 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.