"Şans verilərsə, həmişə uğur qazanmağa çalışır" - Yeni baş məşqçiyə dəstək verdi

12:00 İtaliya 135
"Şans verilərsə, həmişə uğur qazanmağa çalışır" - Yeni baş məşqçiyə dəstək verdi

İtaliyalı mütəxəssis Klaudio Ranyeri “Milan”ın sabiq futbolçusu Cennaro Qattuzonun İtaliya milli komandasına baş məşqçi təyin olunmasına münasibət bildirib.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, Qattuzonun həmişə uğur qazanmağa çalışdığını söyləyib:

“Qattuzoya şans verilərsə, həmişə uğur qazanmağa çalışır. O, İtaliya yığmasını yaxşı tanıyır və bu komanda üçün çox mübarizə aparıb. Ona yalnız ən yaxşısını arzulayıram”.

Qattuzonun İtaliya millisinin baş məşqçi təyin olunması rəsmi olaraq ötən ayın ortalarında elan edilib.

47 yaşlı mütəxəssis bundan əvvəl “Milan”, “Napoli”, “Valensiya” kimi komandalarda baş məşqçi kimi çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti