
“Atalanta”nın xorvatiyalı baş məşqçisi İvan Yuriç bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun verdiyi məlumata görə, 49 yaşlı mütəxəssisin xəstəxanaya yerləşdirilməsinə səbəb yuxarı tənəffüs yollarında yaranan iltihab olub. Bildirilir ki, bu vəziyyət bakterial infeksiya ilə ağırlaşıb.
Hazırda Yuriçin səhhətinin xeyli yaxşılaşdığı və yaxın günlərdə xəstəxanadan evə buraxılacağı qeyd olunub.
Xorvat çalışdırıcı bu ilin iyununda “Atalanta”ya baş məşqçi təyin olunub. O, bu postda uzun illər komandaya rəhbərlik etmiş Can Pyero Qasperinini əvəz edib.
“Atalanta” İtaliya A Seriyasının son mövsümündə turnir cədvəlini 3-cü pillədə tamamlayıb. Komanda yeni mövsümün ilk turunda “Piza”nı qəbul edəcək.