18 milyon avro ödəyir, onlar yenə razılaşmır - İstəkləri böyükdür

14 İyul 2025 00:00 İtaliya 657
18 milyon avro ödəyir, onlar yenə razılaşmır - İstəkləri böyükdür

"Milan" Gela Due üçün "Strasbur"un istədiyindən daha az təklif edir.

Sportinfo.az xəbər verir ki, "rossonerilər" 22 yaşlı sağ cinah müdafiəçisi üçün ikinci təklifini verib.

Bu təklif əvvəlkindən 3 milyon avro çoxdur.

"Milan" Gela Dueyə görə 18 milyon avro ödəməyə hazırdır, lakin "Strasbur" daha yüksək məbləğ istəyir. Fransa klubu futbolçunu 28 milyon avro dəyərində qiymətləndirir.

Gela Due PSJ-nin vingerlərindən Dezire Duenin böyük qardaşıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti