Yeni transferə şübhə ilə yanaşdı: “Düzgün rol tapmalıdır”

13 İyul 20:25 İtaliya 194
Yeni transferə şübhə ilə yanaşdı: “Düzgün rol tapmalıdır”

İtaliyalı mütəxəssis Fabio Kapello “Yuventus”un yeni transferi Conatan Davidin perspektivlərini dəyərləndirib.

sPORTİNFO.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, o, kağız üzərində Davidin ideal gücləndirici kimi göründüyünü bildirib:

“Kağız üzərində David ideal gücləndirici kimi görünür və bu transferlə “Yuventus” böyümək istəklərini nümayiş etdirdi.

Amma nəzərə almaq lazımdır ki, komandanın baş məşqçisi İqor Tudor Daviddən maksimum yararlanmaq üçün hələ də düzgün rol tapmalıdır.

Xaricdə əla nəticələr göstərən bir çox böyük oyunçu A Seriyasında uğur qazana bilməyib. Burada hər şey fərqlidir. Bu, xüsusilə, hücumçular üçün keçərlidir”.

Kanadalı futbolçu ilə müqavilə ötən həftə rəsmiləşib. 25 yaşlı oyunçu “Lill”dən “Yuventus”a azad agent kimi qoşulub. O, “Yuventus”la müddəti 2030-cu ilə qədər olan müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu