
"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az Florensiya təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Stefano Pioliyə həvalə olunub.
59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
S.Pioli 2017-2019-cu illərdə də "Fiorentina"ya rəhbərlik edib. Mütəxəssisin son klubu "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) olub.