Çexiyalı hücumçu “Milan”ın hədəfində - 27 milyon qiyməti var

00:00 İtaliya 86
Çexiyalı hücumçu “Milan”ın hədəfində - 27 milyon qiyməti var

Leverkuzen “Bayer”inin hücumçusu Patrik Şik İtaliya A Seriyasında çıxış edə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, çexiyalı forvardla “Milan” maraqlanır.

29 yaşlı futbolçunun transfer dəyəri 27 milyon avro qiymətləndirilir. Onun “Bayer”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna kimidir.

Patrik Şik son mövsümdə Bundesliqada 31 oyunda iştirak edib, 21 qol vurub. O, 2020-ci ildən “Bayer”in şərəfini qoruyur.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 19:30 Çək və bizə göndər!