İddiası artdı, yeni transferlərə 100 milyon avroluq büdcə ayrıldı

20 İyun 12:20 İtaliya 731
İddiası artdı, yeni transferlərə 100 milyon avroluq büdcə ayrıldı

“Komo” yeni mövsüm öncəsi heyətini ciddi şəkildə gücləndirməyi planlaşdırır.

Son mövsümdə A Seriyasının debütantı kimi çıxış edən və turnir cədvəlini 10-cu pillədə başa vuran komanda, qarşıdakı mövsümdə daha iddialı məqsədlər hədəfləyir.

Spotinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klub rəhbərliyi artıq orta səviyyə ilə kifayətlənmək niyyətində deyil.

Baş məşqçi Sesk Fabreqasın komandası qarşısında avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulacaq. Bu məqsədlə ispaniyalı çalışdırıcıya yay transfer pəncərəsində heyəti gücləndirmək üçün təxminən 100 milyon avro ayrılıb.

Bu ayın əvvəlində “İnter” Fabreqası komandaya dəvət etsə da, “Komo” rəhbərliyi onun gedişinə icazə verməyib və əvəzində ona heyətin ciddi şəkildə gücləndiriləcəyinə söz verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!