
İtaliya millisinin yeni baş məşqçisi Cennaro Qattuzo ilk açıqlamasında emosional və motivasiya dolu fikirlər səsləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu vəzifəni “arzusunun gerçəkləşməsi” kimi dəyərləndirib:
“Bu, bir arzu idi, indi isə gerçəkdir. Qarşıda asan olmayan bir vəzifə var.
Həyatda heç nə asan olmur. Danışacaq çox şey yoxdur, sadəcə işləmək lazımdır.
İllərdir deyilir ki, İtaliyada keyfiyyətli oyunçular yoxdur. Mən isə düşünürəm ki, sadəcə, onların beyninə daxil olub, potensiallarını tam ortaya çıxarmaq lazımdır.
Əsas məqsədim İtaliya millisini yenidən dünya çempionatına qaytarmaqdır. Bu, bizim üçün prinsipial məsələdir.
Komandada həvəs, birlik və mənəvi güc olmalıdır. Mənim hədəfim sevinc gətirmək, ailə kimi bir kollektiv qurmaqdır.
Taktika, sxemlər və başqa detallar bundan sonra gəlir. Bizə qələbə ruhunu və İtaliya mentalitetini geri qaytarmaq lazımdır”.