Paytaxty klubunun hücumçusu üçün 6 milyon avro təklif etdilər

01:30 İtaliya 97
Paytaxty klubunun hücumçusu üçün 6 milyon avro təklif etdilər

“Atletiko”nun hücumçusu Anxel Korrea karyerasını Meksika çempionatında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun “Tiqres”ə keçidi ilə bağlı danışıqlar aparılır, ancaq hələlik rəsmi razılaşma əldə olunmayıb.

Tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilsə də, “Atletiko” Korreanın transferi üçün 15-20 milyon avro tələb edir. “Tiqres”in isə ilkin təklifi 6 milyon avro civarında olub və bu məbləğ Madrid klubunu qane etməyib.

Transferlə maraqlanan təkcə “Tiqres” deyil. Korreanın xidmətində Meksikanın digər təmsilçisi “Monterrey”, həmçinin, “Qalatasaray” və “Fənərbaxça” klublarının da maraqlı olduğu bildirilir.

Argentinalı futbolçu 2024/25 mövsümündə “Atletiko”nun heyətində 46 oyuna çıxaraq, 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!