Millidə oynamaq istəməyən futbolçu haqda: “Biabırçılıqdır”

12:20 İtaliya 176
Millidə oynamaq istəməyən futbolçu haqda: “Biabırçılıqdır”

Fabio Kapello “İnter”in müdafiəçisi Françesko Açerbinin milli komandada çıxış etməkdən imtinasını sərt şəkildə tənqid edib.

Açerbi iyunda 2026-cı il dünya çempionatının seçmə mərhələsində Norveç və Moldova yığmaları ilə oyunlara çağırılsa da, milliyə qoşulmaqdan imtina edib.

Bundan bir qədər sonra İtaliya millisinin baş məşqçisi Luçano Spaletti istefa verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kapello bu vəziyyəti sərt şəkildə qiymətləndirib:

“Bu, biabırçılıqdır. Bir futbolçunun öz ölkəsi üçün oynamaqdan imtina etməsi yolverilməzdir.

İtaliya millisi ardıcıl üçüncü dəfə dünya çempionatını buraxa bilər? Bu məni həqiqətən hiddətləndirir. Komandada ruh qalmayıb. Gəlin baxaq, yeni baş məşqçi Cennaro Qattuzo bu ruhu onlara qaytara biləcəkmi?”

Digər Xəbərlər
Xəbər Lenti