O, keçmiş hücumçusunu yeni komandasına gətirmək istəyir

18:20 İtaliya 212
O, keçmiş hücumçusunu yeni komandasına gətirmək istəyir

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri yay transfer pəncərəsində tanış hücumçunu komandaya gətirmək niyyətindədir.

Sportinfo.az “Sport Mediaset”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, əvvəllər “Yuventus”da uğurla çalışdığı Moyze Kinin transferini istəyir.

Hazırda “Fiorentina”nın formasını geyinən 25 yaşlı hücumçu son mövsümdə A Seriyasında parlaq çıxış edərək, 32 oyunda 19 qol vurub və bombardirlər siyahısında ikinci yeri tutub.

Bu performansdan sonra “qırmızı-qaralar” onu yay transfer planlarında əsas hədəflərdən biri kimi qiymətləndirir.

Kinin “Fiorentina” ilə müqaviləsində 52 milyon avroluq sərbəst qalma maddəsi yer alsa da, “Milan” bu məbləği azaltmaq üçün barter variantını nəzərdən keçirir.

Belə ki, gənc müdafiəçi Filippo Terracano sözləşmədə əvəzləyici oyunçu kimi təqdim oluna bilər.

Klub artıq rəsmi sorğu göndərib və danışıqlara başlamağa hazırlaşır.

Digər Xəbərlər
Xəbər Lenti