Oyunçularını dəyişdirə bilər - “Yuventus” və “Milan”

17 İyun 22:00 İtaliya 982
Oyunçularını dəyişdirə bilər - “Yuventus” və “Milan”

“Yuventus” və “Milan” yay transfer dönəmində diqqətçəkən bir mübadilə üzərində danışıqlar aparır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sportmediaset” məlumat yayıb.

Turin təmsilçisi “Milan”ın müdafiəçisi Fikayo Tomorini transfer etmək istəyir. Klublar, həmçinin, daha böyük miqyaslı bir variantı da nəzərdən keçirir.

Belə ki, fransalı müdafiəçisi Teo Hernandes “Yuventus”a, serbiyalı hücumçu Duşan Vlahoviç isə “Milan”a keçə bilər.

Maliyyə sarıdan bu dəyişiklik ilk baxışda uyğun görünür. “Yuventus” Vlahoviçi 30 milyon avroya satmağa razıdır,

“Milan” isə Teo Hernandesi 25 milyon avro dəyərində qiymətləndirir. Ancaq sözləşmələri çətinləşdirən əsas məqam futbolçuların maaş tələbləridir.

Teo Hernandes illik ən azı 6 milyon avro qazanmaq istəyir, bu isə “Yuventus” üçün yüksək rəqəmdir. Digər tərəfdən,

Vlahoviçin hazırda “Yuventus”da illik 12 milyon avro maaş aldığı bildirilir və “Milan” bu məbləği qarşılamağa hazır deyil.

Digər Xəbərlər
Xəbər Lenti