“Onun üçün yaş fərqi yoxdur, ola bilsin ki, bura titullarla dolu çamadanla gələcək”

15:40 İtaliya 171
“Onun üçün yaş fərqi yoxdur, ola bilsin ki, bura  titullarla dolu çamadanla gələcək”

Braziliya millisinin sabiq müdafiəçisi Kafu yarımmüdafiəçi Luka Modriçin “Milan”a potensial transferini şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, xorvatiyalı futbolçunun yaxşı oyunçu olduğunu söyləyib:

“Modriç əsl liderdir. O, meydanda topu çox yaxşı hərəkət etdirir, bunu dünyada az adam bacarır.

Onun üçün yaş fərqi yoxdur. Ola bilsin ki, “Milan”a titullarla dolu çamadanla gələcək”.

Daha əvvəl mətbuatda yarımmüdafiəçinin İtaliya klubu ilə bir illik müqavilə bağlayacağı bildirilib.

Modriç 2012-ci ildən “Real”da çıxış edib və Madrid klubu ilə çoxlu kuboklar qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti