Millinin yeni baş məşqçisi bəlli oldu - Birillik müqavilə imzalanacaq

00:00 İtaliya 136
Millinin yeni baş məşqçisi bəlli oldu - Birillik müqavilə imzalanacaq

İtaliya millisinin yeni baş məşqçisi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığmanı Cennaro Qattuzo çalışdıracaq. 47 yaşlı mütəxəssis milli komandanın yeni baş məşqçisi kimi iyunun 19-da ictimaiyyətə təqdim olunacaq.

Mediada yayılan xəbərlərə görə, Qattuzo ilə bir illik müqavilə imzalanacaq. Uğurlu olduğu halda, sözləşmə daha bir il uzadıla bilər.

Qattuzo iyunun 5-də Xorvatiyanın “Hayduk” klubundan ayrılıb. O, karyerası ərzində həmçinin “Olimpik” (Marsel), “Valensiya”, “Napoli”, “Milan” kimi klubları çalışdırıb.

DÇ-2026-nın seçmə mərhələsinin ilk iki turundan sonra İtaliya millisi 3 xal toplayaraq qrupda 3-cü pillədə qərarlaşıb.

İyunun əvvəlində İtaliya yığmasının əvvəlki baş məşqçisi Luçano Spalletti istefaya göndərilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü