
“Milan”ın hücumçusu Luka Yoviç bu yay İtaliya təmsilçisini tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı forvard iyunun sonunda klubla olan müqaviləsinin müddətinin başa çatması səbəbindən azad agent kimi ayrılmağa hazırdır.
Serbiyalı oyunçu 2023-cü ilin sentyabrında “Milan”a transfer olunub. O, A Seriyasının son mövsümündə 15 oyunda iştirak edib, 2 qol vurub.