Nigeriyalı hücumçuya növbəti dəvət Premyer Liqadan gəldi

14 İyun 2025 22:00 İtaliya 1 060
Nigeriyalı hücumçuya növbəti dəvət  Premyer Liqadan gəldi

"Əl-Hilal"ın təklifini rədd edən Viktor Osimhen Avropada qalmaq istəyir.

Sportinfo.az xəbər verir ki, nigeriyalı hücumçu İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Bu barədə "TBR Football" məlumat yayıb.

"Liverpul" Osimheni transfer etmək istəyir. İngiltərə çempionu 26 yaşlı forvardla danışıqlara başlayıb.

"Mançester Yunayted" də ulduz futbolçu ilə yaxından maraqlanır.

Müqavilə ilə "Napoli"yə məxsus olan Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyul 16:50 Çək və bizə göndər!