
İtaliya millisinin sabiq baş məşqçisi Luçano Spalletti karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Əl-Nəsr” 66 yaşlı mütəxəssisə mövsümə 18 milyon avro olmaqla iki illik müqavilə təklif edib.
Hazırda Ər-Riyad təmsilçisini Stefano Pioli çalışdırır, ancaq onun tezliklə istefa verəcəyi gözlənilir.
Spalletti 2023-cü ilin sentyabrından bəri İtaliya yığmasına rəhbərlik edirdi. Onun İtaliya millisindən ayrılması iyunun 6-da Norveç yığması ilə keçirilən (0:3) dünya çempionatının seçmə mərhələ matçından dərhal sonra elan olunub.