Yeni müqavilənin dəyəri 9+1 milyon avrodur – Müdafiəçi aldılar

14 İyun 00:10 İtaliya 2 929
Yeni müqavilənin dəyəri 9+1 milyon avrodur – Müdafiəçi aldılar

"Napoli" "Empoli"nin müdafiəçisini transfer edib.

Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisi 20 yaşlı müdafiəçi Luka Maryanuççinin keçidini rəsmən elan edib.

Transferin detalları açıqlanmayıb, lakin jurnalist Nikolo Skiranın məlumatına görə, müqavilənin dəyəri 9+1 milyon avrodur. Futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.

Ötən mövsüm Maryanuççi A Seriyasında 18 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?