Millinin baş məşqçi postu üçün daha bir namizəd tapıldı

13 İyun 15:40 İtaliya 512
Millinin baş məşqçi postu üçün daha bir namizəd tapıldı

İtaliya millisi Luçano Spalletti ilə yollarını ayırmasından sonra yeni baş məşqçi axtarışlarına başlayıb.

Sportinfo.az AS-a istinadən xəbər verir ki, namizədlərdən biri tanınmış ispaniyalı mütəxəssis Rafael Benitesdir.

65 yaşlı çalışdırıcı İtaliya yığmasına rəhbərlik etməyə hazırdır və danışıqlara açıqdır.

Benites daha əvvəl İtaliya A Seriyasında “İnter”i və “Napoli”ni çalışdırıb. Onun son iş yeri “Selta” olub. O, bu komandadan ötən il ayrılıb.

Benites Avropada “Real”, “Çelsi”, “Liverpul” kimi top-klublardakı işi ilə də tanınır və böyük məşqçilik təcrübəsinə sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti