Niyyəti ciddidir, mümkün qədər tez müqavilə bağlamaq istəyir

27 İyul 2024 15:40 İtaliya 1 824
Niyyəti ciddidir, mümkün qədər tez müqavilə bağlamaq istəyir

“Yuventus”un hücumçusu Federiko Kyeza yay transfer pəncərəsində İngiltərə Premyer Liqasına keçə bilər.

Sportinjfo.az “Tuttosport”-a istinadən xəbər verir ki, italiyalı futbolçunun xidmətində “Tottenhem” maraqlıdır. London klubunun niyyəti ciddidir və mümkün qədər tez müqavilə bağlamaq istəyir.

Kyezanın “Yuventus”la müqaviləsinin bitməsinə bir il qalıb, ona görə də, Turin klubu onu endirimlə satmağa məcburdur.

26 yaşlı futbolçunun adı “Liverpul”la yanaşı hallansa da, sonradan Arne Slotun komandasının ona marağı azaldı.

Kyeza A Seriyasının son mövsümündə 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu