COP29

“Yuventus” 1 qol vurdu, 15-ci dəfə İtaliya Kubokunu qazandı - VİDEO

16 May 12:20 İtaliya 454
“Yuventus” 1 qol vurdu, 15-ci dəfə İtaliya Kubokunu qazandı - VİDEO

İtaliya kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Yuventus" həlledici görüşdə "Atalanta" ilə qarşılaşıb.

“Yuventus” 1 qolla qalib gələrək, 15-ci dəfə İtaliya Kubokunun qalibi olub.

Romadakı “Stadio Olimpiko”da keçirilən görüş “qoca sinyora”nın minimalhesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 4-cü dəqiqədə Andrea Kambiasonun ötürməsini dəqiq tamamlayan Duşan Vlahoviç vurub. O, 72-ci dəqiqədə ikinci dəfə fərqlənsə də, VAR sistemi oyundankənar vəziyyət qeydə alıb.

“Yuventus” bu turnirdə qazanılan kubokların sayına görə mütləq rekorda sahibdir. Turin təmsilçisinin ən yaxın izləyiciləri “Roma” və “İnter” hərəyə 9 dəfə İtaliya Kubokunun qalibi olublar.

"Atalanta" – "Yuventus" 0:1
Qol
: Vlahoviç, 4.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 08:30 "Sabah" 10:0-ı da gördü