COP29

İtaliya nəhənginə yeni baş məşqçi gəlir - 3,5 milyon avro maaş alacaq

15 May 22:00 İtaliya 691
İtaliya nəhənginə yeni baş məşqçi gəlir - 3,5 milyon avro maaş alacaq

"Yuventus" mövsümün sonunda baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıracaq.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisini kimin çalışdıracağı da məlumdur.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Yuventus" yayda "Bolonya" ilə müqaviləsi başa çatan Tiaqo Motta ilə razılıq əldə edib.

Tərəflər arasında 2 illik sözləşmə ilə bağlı anlaşma var. 41 yaşlı mütəxəssis "Yuventus"da illik 3,5 milyon avro maaş alacaq.

Tiaqo Motta 2022-ci ilin sentyabr ayından "Bolonya"nın baş məşqçisidir. Komanda 36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"