Tanınmış məşqçi istefaya göndərildi - Uğursuz çıxışa görə

5 Fevral 2023 19:00 İtaliya 575
Tanınmış məşqçi istefaya göndərildi - Uğursuz çıxışa görə

İtaliyanın “Benevento” klubunun baş məşqçisi Fabio Kannavaro ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə B seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

49 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarına görə istefaya göndərilib.

Kannavaro 2022-ci ilin sentyabrında "Benevento"ya baş məşqçi təyin edilmişdi. "Sarı qırmızılar" 23 turdan sonra 23 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti