Premyer Liqa komandası tanınmış hücumçunu icarəyə verdi

30 İyun 2022 00:10 İtaliya 464
Premyer Liqa komandası tanınmış hücumçunu icarəyə verdi

"Çelsi"nin ulduzu Romelu Lukaku karyerasını "İnter"də davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Zadəganlar" 29 yaşlı hücumçunu 1 illik A seriyası klubuna icarəyə verib.

"Çelsi" bu keçidə görə 8 milyon avro qazanacaq. Lukaku İtaliya klubuna qoşulmaq üçün maaşının 30 faiz azaldılmasına razı olub.

Onun illik məvacibi 10 milyon sterlinqdən 7 milyon sterlinqə düşüb.

Lukaku 2019-2021-ci illərdə də "İnter"də oynayıb. O, keçən yay 115 milyon avroya "Çelsi"yə satılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"