Bu yay sərfəli təkliflə müraciət etməyə hazırlaşır

24 May 2022 10:00 İtaliya 438
Bu yay sərfəli təkliflə müraciət etməyə hazırlaşır

“Yuventus” “Napoli”nin müdafiəçisi Xalidu Kulibalini transfer etməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Turin klubunun baş məşqçisi Massimiliano Alleqri 30 yaşlı futbolçunun xidmətində maraqlıdır və onun klubla müqavilə imzalamasını istəyir.

“Napoli”nin müdafiəçini saxlamaqda maraqlı olduğu bildirilir. Amma “Yuventus” bu yay Neapol klubuna sərfəli təkliflə müraciət etməyə hazırlaşır.

Kulibali 2021/22 mövsümündə bütün yarışlarda 34 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti