19 yaşlı hücumçu "Yuventus"da?

1 Avqust 2021 22:00 İtaliya 824
19 yaşlı hücumçu "Yuventus"da?

"Yuventus" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə Goal.com məlumat yayıb.

Turin təmsilçisi "Santos"dan Kaio Xorxenin keçidi ilə bağlı razılıq əldə edib. 19 yaşlı hücumçunun cümə axşamı tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya gedəcəyi bildirilib.

A seriyası klubu bu transferə görə qarşı tərəfə bonuslar da daxil olmaqla 4 milyon avro ödəyəcək.

Qeyd edək ki, Xorxe 2018-ci ildən "Santos"da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT