Qocaman baş məşqçi 4-cü dəfə eyni kluba qayıtdı

21 İyun 2021 00:28 İtaliya 904
Qocaman baş məşqçi 4-cü dəfə eyni kluba qayıtdı

Çexiyalı mütəxəssis Zdenek Zemanın yeni iş yeri məlum olub.

Sportinffo.az xəbər verir ki, Zeman İtaliyanın “Focca” komandasına baş məşqçi təyin olunub.

Bu barədə C Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Zeman 4-cü dəfə “Focca”ya baş məşqçi təyin olunub. 74 yaşlı mütəxəssis daha əvvəl 1986-1987, 1989-1994 və 2010-2011-ci illərdə bu komandanı çalışdırıb.

Zeman məşqçi karyerası ərzində daha əvvəl İtaliyanın “Roma”, “Latsio”, “Napoli”, “Parma”, “Leççe”, “Breşiya”, “Kalyari”, Türkiyənin “Fənərbaxça”, Serbiyanın “Srvena Zvezda”, İsveçrənin “Luqano” komandalarını çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!