“Real” İtaliya millisinin üzvünü istəyir

20 İyun 2021 00:14 İtaliya 1 083
“Real” İtaliya millisinin üzvünü istəyir

"Real” “Roma”nın futbolçusu Leonardo Spinatsola ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə Madrid klubunun 28 yaşlı müdafiəçi üçün “Roma”ya hələ rəsmi müraciət etmədiyi bildirilib.

“Real” futbolçusu Marselonun komandadan ayrılacağı halda, Spinatsola üçün rəsmi danışıqlara başlayacaq. İtaliya klubu müdafiəçini 30 milyon avroya satmağa razıdır.

“Roma” ilə müqaviləsi 2024-cü ilin yayına qədər olan Spinatsola İtaliya milli komandasının da üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu