"Bəzi problemlərimiz oldu, sonra düzəltdik və qazandıq"

17 İyun 2021 15:10 İtaliya 927
"Bəzi problemlərimiz oldu, sonra düzəltdik və qazandıq"

“Yaxşı oynadıq. Çətin oyun idi. İsveçrə güclü və fiziki cəhətdən güclü komandadır.

Başlanğıcda bəzi problemlərimiz oldu, amma sonra oyunu düzəldib layiqli qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Avro-2020-nin qrup mərhələsinin 2-ci turunda İsveçrəyə 3:0 hesabı ilə qalib gələrək pley-off vəsiqəni təmin etdikləri oyundan sonra deyib.

"Çox sayda qol şansları yaratdıq, amma bəzən hər şeyin hədəfə doğru getməməsi normaldır. Futbolçular əla iş gördülər" - deyə o bildirib.

Mançini sözügedən görüşdə dubla imza atan Manuel Lokatelli haqda da danışıb: "O, fenomenal bir qarşılaşma keçirdi.

Bir yarımmüdafiəçi üçün iki qol vurmaq o qədər də asan deyil. Birinci qolda əla bir kombinasiya qurduq, ikincisində isə hər şeyi həll edən fərdi bacarıq idi.

Bütün komanda əllərindən gələni edirdi və bu beş gündə ikinci oyun olduğunu nəzərə alsaq, bu qələbələr ikiqat xoşdur".

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”