İki qol vurdu, seçildi

17 İyun 2021 14:30 İtaliya 384
İki qol vurdu, seçildi

AÇ-2020-nin A qrupu çərçivəsində keçirilən İtaliya – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, İtaliya yığmasının yarımmüdafiəçisi Manuel Lokatelli bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu görüşdə qazandıqları qələbədə əsas pay sahiblərindən biri olub.

Belə ki, komandasının 3:0 hesabıyla qalib gəldiyi görüşdə Lokatelli dubl edib. O, 26 və 52-ci dəqiqələrdə fərqlənib.

“Milan”ın yetirməsi olan Manuel Lokatelli hazırda İtaliyanın “Sassuolo” klubunun formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti