İtaliya 3:0-la AVRO-2020-də ilk 1/8 finalçı oldu - VİDEO

17 İyun 2021 00:52 İtaliya 747
İtaliya 3:0-la AVRO-2020-də ilk 1/8 finalçı oldu - VİDEO

Avropa çempionatında ilk 1/8 finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, A qrupunun II turunda Romada İsveçrə yığmasına 3:0 hesabı ilə qalib gələn İtaliya millisi pley-offa vəsiqəni təmin edib.

"Olimpiko" staionunda keçirilən görüşdə ilk iki qolu Manuel Lokatelli vurub.

Əvvəlcə 26-cı dəqiqədə fərqlənən "Sassuolo"nun 23 yaşlı yarımmüdafiəçisi 52-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. Matçda son nöqtəni isə 89-cu dəqiqədə Çiro İmmobile qoyub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Roberto Mançininin baş məqçi olduğu kollektiv qrupdakı son oyunun nəticəsindən asılı olmayaraq, növbəti raunda adlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda