Türkiyədən söz etdi

15 İyun 2021 22:50 İtaliya 869
Türkiyədən söz etdi

İtaliyanın qapıçısı Canluici Donnarumma AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Türkiyəni məğlub etdikləri oyun haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Donnarumma, turnirə qələbə ilə başlamağın vacib olduğunu deyib:

“Yaxşı başlamağımız vacib idi. Mükəmməl bir oyun keçirdik. Çalışmağa davam etməliyik. Romada əla atmosfer var idi. Azarkeşlər üçün çox darıxmışdıq”.

İtaliya yığması AÇ-2020-nin açılış matçında Türkiyə millisini 3:0 hesabıyla məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO