"3-4 gün ərzində yeni klubumun adını öyrənəcəksiz"

15 İyun 2021 01:38 İtaliya 662
"3-4 gün ərzində yeni klubumun adını öyrənəcəksiz"

"Yuventus"dan ayrılan Canluici Buffon "Parma"ya keçəcəyi haqda yayılan məlumatlara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı qolkiper "Sport Mediaset"ə müsahibəsində bir neçə gün ərzində yeni klubunun adına aydınlıq gələcəyini deyib:

"Karyeramın sonunda nə əldə etmək istədiyimi dəqiq bilirəm. Mənim üçün daha vacib olan versiyanı seçəcəm.

Menecerim sabah mənim yanıma gələcək. Beləliklə, 3-4 gün ərzində hər şeyi öyrənəcəksiz".

Buffonu hazırda bir neçə klub heyətinə qatmaq istəyir. Bu klublar sırasında "Beşiktaş", "Benfika", "Barselona" və "Parma"nın adı çəkilir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM